Şəmkir-Gədəbəy avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Milli.Az report-a istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü, Gədəbəy rayonu, Söyüdlü kənd sakini Rasim Abdullayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olan 1975-ci il təvəllüdlü Aytən Məmmədovanı vurub və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Gədəbəy ŞRPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun