Yunanıstan hökuməti ev alqı-satqısı və kirayə bazarına təzyiqlər fonunda xarici əmlak alıcılarının “qızıl viza” əldə etmək üçün ödəməli olduğu minimum məbləği artıracaq.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” ölkənin Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.
“Qızıl vizalar” bir ölkə iqtisadiyyatına sərmayə qoymaq üçün əldə edilə bilən yaşayış icazəsi və ya pasportdur. Artıq əcnəbilər paytaxt Afina, həmçinin Saloniki, Mikonos və Santorini, eləcə də əhalisi 3100-dən çox əhalisi olan digər adalar kimi məşhur ərazilərə minimum 800 000 avro sərmayə qoymalı olacaqlar.
Agentlik qeyd edib ki, avqust ayında Yunanıstan proqrama daxil olan populyar ərazilərdə tələb olunan məbləği iki dəfə artıraraq onu 500.000 avroya çatdırıb.
Yeni dəyişikliklər martın 31-dən qüvvəyə minəcək və uzunmüddətli kirayə üçün mənzil təklifinin artırılmasına, eləcə də mənzillərin və evlərin qiymətinə “qızıl viza”nın təsirinin aradan qaldırılmasına yönələcək.
Aytən Məftun