Çeçenistan rəhbəri Ramzan Kadırovun qardaşı oğlu Adam Çerxiqov Çeçenistanın nəqliyyat, rabitə və rəqəmsal inkişaf naziri vəzifəsinə təyin edilib.
Publika.az xəbər verir ki, bu barədə ölkə başçısının "Telegram" kanalında məlumat verilib.
Kadırov vurğulayıb ki, Adam Çerxiqov 2007-ci ildən bu vəzifədə çalışan Ramzan Çerxiqovu əvəz edəcək.
Çeçenistan rəhbəri vurğulayıb ki, bu barədə respublikanın Nazirlər Kabinetinin sədri Maqomed Daudov hökumət üzvləri ilə görüşündə ətraflı məlumat verib.
Qeyd edək ki, bundan öncə Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Axmat Kadırov regionun bədən tərbiyəsi və idman naziri vəzifəsinə təyin edilib.
Hüseyn İbadlı