29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Dünya mediası İstanbulda keçirilən yürüşdən yazır

02 yan 2024 08:00
GÜNDƏM
ads
Advertisement

Dünyanın gözü İstanbulda keçirilən “Şəhidlərimizə rəhmət, Fələstinə dəstək, İsrailə lənət” mitinqdə olub. On minlərlə insanın iştirak etdiyi yürüş beynəlxalq mətbuatda da manşetlərə səbəb olub.

Publika.az xəbər verir ki, İngilis xəbər agentliyi “Associated Press” İstanbulda keçirilən mitinqdən xəbər verib. “Türkiyədə İsrail əleyhinə nümayişlərdə iştirak edənlərin sayı artır”, - deyə məlumatda bildirilir.

Pəncə-Qıfıl əməliyyatında şəhid olan 12 əsgərə görə də matəm elan edildiyi bildirilib. Böyük Britaniyada yerləşən “Middle East Eye” qəzeti “Minlərlə insan İstanbulda Yeni il gecəsi Qəzzada atəşkəs çağırışı ilə yürüş keçirdi” başlığını işlədib.


İngiltərə mediası “The New Arab” "İsrailin Qəzzada törətdiyi qətliam və son olaraq türk əsgərlərinə hücuma etiraz edildi",- deyə qeyd edilib. Qətərdə yerləşən “Əl-Cəzirə”mediası da nümayişə on minlərlə insanın qatıldığına diqqət çəkib. Nəşr görüşdən fotoları öz internet səhifəsində yerləşdirib.

Rusiya Dövlət Agentliyi “Ria” da "Oktyabr ayından etibarən İstanbul və Türkiyənin digər şəhərlərində Fələstinə dəstək yürüşləri mütəmadi olaraq keçirilir",-deyə başlıqlı yazı dərc edib. Yunanıstanın “İefimerida” qəzeti yürüşü “Türkiyə: İstanbulda PKK və İsrail terrorizminə qarşı kütləvi nümayişlər” başlığı ilə açıqlayıb.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur