29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Ermənistanda gələn ilin dövlət büdcəsi təsdiqləndi: Nə qədərdir?

04 dek 2024 14:00
GÜNDƏM
ads
Advertisement

Ermənistan Milli Assambleyası 2025-ci il üçün dövlət büdcəsi layihəsini təsdiqləyib.

QÜTB.AZ "News.am"a istinadən xəbər verir ki, layihənin qəbulunun lehinə 66 deputat, əleyhinə isə 30 deputat səs verib.

Qəbul edilmiş layihəyə əsasən, Ermənistanda 2025-ci ildə iqtisadi artımın 5,1% daxilində olacağı gözlənilir (dəyişikliklərdən əvvəl bu rəqəm 5,6% olub).

Dövlət büdcəsinin gəlirləri təxminən 2,84 trilyon dram (12 milyard manat) təşkil edib ki, bu da ilkin göstəricidən 35,5 milyard dram (150 milyon 925 min manat) azdır. Eyni zamanda, vergi daxilolmalarının azalması 39,6 milyard dram həcmində qiymətləndirilir.

Yenilənmiş layihəyə əsasən, dövlət büdcəsinin xərcləri 40,8 milyard dram azalaraq 3,4 trilyon təşkil edəcək. Bunlardan 2,7 trilyon dram cari xərclər, 734 milyard dram isə əsaslı xərclərdir.

Xatırladaq ki, 100 erməni dramı 43 Azərbaycan qəpiyinə bərabərdir.

Adəm Abbaslı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur