Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindəki payında qeydə alınıb.
Belə ki, hərəkətdə olan mikroavtobus evakuatorla toqquşub.
Qəza nəticəsində mikroavtobusun sərnişinləri- 42 yaşlı Afət Məmmədova və 41 yaşlı Həcər İsmayılova xəsarət alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az