Çernobıl Atom Elektrik Stansiyasının dördüncü enerji blokunun keçmiş növbə rəisi Viktor Smaqin Moskvada vəfat edib.
Milli.Az lent.az-a istinadən bildirir ki, ilkin məlumata görə, o, ağır xəstəlik səbəbindən intihar edib.
75 yaşlı Viktor Smaqinin meyiti Xoroşevskoye şossesində yaşadığı mənzilin pəncərəsinin altından tapılıb. Onun evində müstəntiqlər Smaqinin qohumlarından bağışlanmasını xahiş etdiyi və qərarının səbəbinin səhhəti ilə bağlı olduğunu yazdığı intihar qeydi tapıblar.
"Bu gün yeni bir şişin olması təsdiqləndi, ona görə də ən azı daha dörd şişim var. Onları müalicə etmək mümkün deyil və buna gücüm çatmır. Getdiyim üçün üzr istəyirəm. Birlikdə keçirdiyiniz illər üçün çox sağ olun. Bu xoşbəxtlik idi. üzr istəyirəm!", - o yazıb.
1986-cı ilin aprelində Smaqin Çernobıl Atom Elektrik Stansiyasının dördüncü enerji blokunda növbə rəisi vəzifəsini tutub. O, fəlakət baş verən gecə növbədə olmayıb, lakin partlayış və yanğından sonra qəzanın nəticələrinin aradan qaldırılmasında fəal iştirak edib və xeyli miqdarda radiasiya qəbul edib.
Milli.Az