Abşeron rayonunun Hökməli qəsəbəsində ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 32 m² sahədə və dam örtüyü 40 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Publika.az-a bildirilib ki, yüksək temperaturdan mətbəxin və hamam otağının lambirdən ibarət tavanı 15 m² sahədə əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.