Bakının Binəqədi rayonunda 37 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Publika.az xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində qeydə alınıb.
1987-ci il təvəllüdlü Novruzova Hənifə Telman qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona gicgah sümüyünün basılmış sınığı diaqnozu qoyulub.
Fakt araşdırılır.