Şimali Koreya lideri Kim Çen In deyib ki, Cənubi Koreyanı əsas düşmən dövlət elan etməyin vaxtı çatıb.
Publika.az xəbər verir ki, Kim Çen In bu bəyanatı sursat fabriklərinə baş çəkərkən deyib.
Kim həmçinin Seul administrasiyası, münaqişə və silahlanma məsələlərini müzakirə edib.
Şimali Koreya lideri həmçinin iki ölkə arasında pisləşən münasibətləri “dəyişikliyin yeni mərhələsi” və “qaçılmaz reallıq” kimi qiymətləndirib.
Kim Koreya yarımadasında böyük bir təktərəfli insident yaratmayacaqlarını bildirsə də, müharibədən qaçmaq niyyətində olmadıqlarını da əlavə edib.
Aysel Şahmar