Yekaterinburqda binanın 20-ci mərtəbəsində yerləşən eyvandan yıxılan qız sağ qalıb.
Publika.az xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyindən TASS-ın müxbirinə verilən məlumata görə, o, hazırda reanimasiyadadır.
Yerli media fevralın 14-də günorta saatlarında Tokarey küçəsində qızın 20-ci mərtəbədən yıxılaraq sağ qaldığını bildirib.
“Xəstəyə lazımi tibbi yardım göstərilir. Əməliyyat olunub, reanimasiyadadır. Vəziyyəti ağırdır”, - Səhiyyə Nazirliyinin mətbuat xidmətindən 20-ci mərtəbədən yıxılan zərərçəkənlə bağlı sualı cavablandırıblar.
Yekaterinburq Daxili İşlər Nazirliyi vəziyyəti şərh etməkdən imtina edib.
Tural