Argentina prokurorluğu əfsanəvi futbolçu Dieqo Maradonanın öldüyü evə baxış keçirmək üçün icazə istəyib.
Publika.az xəbər verir ki, bu barədı EFE məlumat yayıb.
Argentinalının ölümü ilə bağlı dinləmə martın 6-da baş tutub. Beş həkim və üç tibb bacısı təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb. Onları 8 ildən 25 ilə qədər həbs gözləyir.
"Deutsche Welle" xəbər verir ki , həkimlər dolayı qəsddə - cinayətkar səhlənkarlıq etməkdə ittiham olunurlar.
Maradonanın ölüm səbəblərini araşdıran ekspert komissiyası onun beynindəki subdural hematomanın çıxarılması üçün əməliyyatdan sonra ona lazımi qayğı göstərilmədiyi qənaətinə gəlib.
Maradona 2020-ci ilin noyabrın 25-də 60 yaşında vəfat edib. Onun ölümündən sonra Argentinada üç günlük matəm elan edilib.
Heybət