Rusların ən azı 18%-i yeni iş axtarmaq üçün ən azı bir dəfə neyron şəbəkələrdən artıq istifadə edib.
Publika.az xəbər verir ki, bu barədə rus dili RT nəşri Rabota.ru və "SberPodbor" şirkətlərinin araşdırmasına istinadən məlumat yayıb.
Respondentlərin 18%-nin 6%-i süni intellektin imkanlarına tez-tez müraciət etdiyini, 5%-i onlardan nadir hallarda istifadə etdiyini, 7%-i isə onlarla bir neçə dəfə qarşılaşdığını etiraf edib. Respondentlərin qalan 82%-i iş axtarmaq üçün süni intellektə əsaslanan vasitələrdən istifadə etməyib.
Üstəlik, araşdırma göstərib ki, süni intellektə əsaslanan vasitələrdən ən çox İT mütəxəssisləri (9%) və tikinti işçiləri (8%) istifadə edir. Əksinə, onlardan ticarət (8%) və kadrların idarə edilməsi (7%) sahəsində çalışanlar daha az istifadə edirlər. Bundan əlavə, respondentlərin 39%-i tərcüməçilərdən, 35%-i "ChatGPT", "GigaChat" və "YandexGPT" kimi mətn yaratma vasitələrindən istifadə edib.
Tədqiqatın digər nəticələri göstərir ki, iştirakçıların 16%-i müsahibələr zamanı süni intellektə əsaslanan vasitələrdən istifadə edib, eyni faiz isə səs yazılarını transkripsiya etmək üçün botla işləyib. Həmçinin, 8%-i "Midjourney" və "Kandinsky" kimi görüntü generatorlarından istifadə edib.
Tədqiqatda 3,5 mindən çox respondent iştirak edib.
Hüseyn İbadlı