17.05.25 | Bakı 15.88° C |
10:06:25
Lent :

Türkiyə Ərdoğanı təhqir edən jurnalisti buraxdı

17 may 2025 01:00
GÜNDƏM
ads
Advertisement

Prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etmək və terrorçu qruplaşmaya üzv olmaq ittihamı ilə Türkiyədə həbs edilən isveçli jurnalist Joakim Medin bir qədər əvvəl azadlığa buraxılıb və o, İsveçə yollanıb.

Qutb.az xəbər verir ki, bu barədə İsveçin baş naziri Ulf Kristersson bildirib.

Martın sonunda Türkiyədə baş verən hadisələri işıqlandırmaq üçün İstanbula uçan Medin orada saxlanılıb. Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi jurnalistin peşəkar fəaliyyətinə görə deyil, prezident Ərdoğanı təhqir etmək və terror qruplaşmasına üzv olmaq ittihamı ilə həbs olunduğunu bildimişdi.

Türkiyə hakimiyyət orqanlarının məlumatına görə, Medin mətbuatla Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) arasında əlaqəni təmin edib.

"İsveçli jurnalist Joakim Medin Türkiyədən İsveçə evinə yollanır. O, bir neçə saata yerə enəcək", - İsveç lideri X sosial şəbəkəsində yazıb.

Kristersson İsveç Xarici İşlər Nazirliyinə və onun avropalı həmkarlarına bu problemin həllinə görə təşəkkür edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.88° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur