04.11.25 | Bakı 12.03° C |
10:06:25
Lent :

Şəhid leytenant Teymur Allahverdiyev Neftçalada dəfn olundu - FOTOLAR

31 okt 2025 18:00
GÜNDƏM
ads
Advertisement

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid leytenant Allahverdiyev Teymur Qüdrət oğlu dünyaya gəldiyi Neftçala rayonunun Qaçaqkənd kəndində dəfn olunub.

Qutb.az xəbər verir ki, 31 oktyabr 2025-ci il tarixində Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid leytenant Allahverdiyev Teymur Qüdrət oğlu ailəsinin yaşadığı Qaçaqkənd kəndində vida mərasimi keçirilib.

Vida mərasimindən sonra şəhid Qaçaqkənd kənd qəbiristanlığında Müdafiə Nazirliyinin təşkilatçılığı ilə yaylım atəşi və orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ruhuna dualar oxunub, məzarına güllər düzülüb, əkil qoyulub. Onun tabutuna bükülən Azərbaycanın üçrəngli Bayrağı şəhidin oğlu Elmir  Kərimova təqdim edilib. 

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları, rayon sakinləri, şəhid ailələri, qazilər, media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Allahverdiev Teymur 1967-ci ildə Neftçala rayonunun Qaçaqkənd kəndində anadan olub.1992-ci ildə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə itkin düşüb.

Şəhid leytenant Teymur Allahverdiyev Neftçalada dəfn olunub - FOTOLAR

 

Şəhid leytenant Teymur Allahverdiyev Neftçalada dəfn olunub - FOTOLAR

Şəhid leytenant Teymur Allahverdiyev Neftçalada dəfn olunub - FOTOLAR

Şəhid leytenant Teymur Allahverdiyev Neftçalada dəfn olunub - FOTOLAR

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
12.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur