"Müsbət məqamlardan biri də gənclərin seçki prosesinin təşkilində birbaşa iştirak etmələri idi. Bu, ölkənin rifahı üçün çox gözəl işarədir".
Publika.az xəbər verir ki, bunu prezident seçkilərinin monitorinqinin nəticələrini açıqlayan Pakistan parlamentinin nümayəndə heyətinin rəhbəri Faysal Salim Rəhman deyib.
Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, medianın seçkiləri işıqlandırması üçün bütün şərait yaradılıb. "Müşahidələrimizə əsasən deyə bilərik ki, seçkilər demokratik prinsiplərə uyğun şəraitdə baş tutub. Media nümayəndələrinin iştirakını da yüksək qiymətləndirirəm. Gənclərin seçki prosesində aktivliyi xüsusilə diqqət çəkirdi, o cümlədən seçici aktivliyi yüksək səviyyədə idi. Seçkilərin şəffaf və beynəlxalq standartlara uyğun keçirildiyini deyə bilərik" - Faysal Salim Rəhman deyib.
Roza Şəfiyeva