29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bakıda azyaşlı sərnişinlə cinsi əlaqədə olan taksi sürücüsü həbs edildi

31 may 2024 14:00
GÜNDƏM
ads
Advertisement

Mayın 27-də Bakıda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan taksi sürücüsü həbs edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakini olan 1993-cü il təvəllüdlü İsmayıl Həsənov Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Cinayət işinin araşdırılması zamanı məlum olub ki, İsmayıl “Bolt” sistemi üzrə taksi sürücüsüdür. O, bir müddət əvvəl Xəzər rayonu Binə qəsəbəsində taksiyə müştəri kimi əyləşmiş 15 yaşlı Mələklə (şərti adlı) tanış olub və onun mobil nömrəsini götürüb. Daha sonra qızla yazışmağa başlayan taksi sürücüsü onunla gizli görüşüb. Yeniyetmə qız valideynləri evdə olmadığı vaxt İsmayılla görüşərək intim münasibətdə olub.

Yeniyetmənin anası hadisə barədə öyrəndikdən sonra qızının adından İsmayılla yazışmağa başlayıb və onlar arasında baş vermiş hadisəni dəqiqləşdirərək polisə şikayət edib.

Xəzər rayon məhkəməsinin 27 may 2024-cü il tarixli hökmü ilə İsmayıl Həsənov 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, məhkəmə zalında həbs edilib.

Turqut Seyidov


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur