Yaş sadəcə bir rəqəmdir və hamı bilir ki, yaxşı genlər, sağlam qidalanma, düzgün məşq insanı yaşından daha gənc və sağlam göstərə bilər. Lakin o da məlumdur ki, qocalıq insanı əldən salır. 50 və ya 60 yaşlı bir insanın gücü və elastikliyi 20 və ya 30 yaşlı bir insanın gücü ilə eyni deyil. Bioloji yaşımızın fizioloji yaşınızla uyğun olması da çox əhəmiyyətlidir. Və bunu müəyyən edən bir sıra sadə testlər var.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu testləri İngiltərədəki Bukinqemşir Nyu-York Universitetində idman və təlim üzrə baş müəllim Dr D. Mark Homer və onun komandası hazırlayıb. Onun sözlərinə görə, fitnessin bəzi əsas müəyyənedicilərini qiymətləndirərək, siz bədən yaşınızın və fiziki göstəricilərinizin hansı vəziyyətdə olduğunu öyrənə bilərsiniz. Nəticələr həm sizin bələdçiniz, həm də güclü motivasiya mənbəyiniz olacaq.
Tarazlığınızı qoruya bilirsiniz?
Bir ayağın üstündə yırğalanmadan nə qədər dayana biləcəyinizi ölçün. Əgər dəstəyə ehtiyacınız varsa, bunu gözləriniz açıq şəkildə divarın yanında edin. Sonra hərəkəti gözləriniz bağlı halda etməyə çalışın.
Xallar:
İyirmi ilə otuz yaş dövrü;
Yaxşı: 60+ saniyə
Orta: 35-59
Aşağı: 35-dən aşağı
Qırx ilə əl yaş dövrü;
Yaxşı: 45+ saniyə
Orta: 25-44
Aşağı: 25-dən aşağı
Altmış və yuxarı yaş dövrü;
Yaxşı: 30+ saniyə
Orta: 15-29
Aşağı: 15-dən az
Balansınızı yaxşılaşdırmaq üçün leylək yoqa pozası və tək ayaqla çömbəlmə hərəkətləri edin.
Əzələləriniz nə dərəcədə möhkəmdir?
Jim vəziyyətində durun. Bu halda ombanızın düşməsinə və ya qalxmasına icazə verməyin, mümkün qədər düz dayanın. Sonra ayağa qalxmağa və ya tullanmağa davam edin. Yenidən çömbəlin və əvvəlki mövqeyə qayıdın. 30 saniyə ərzində bacardığınız qədər çox jim edin.
Xallar:
İyirmi ilə otuz yaş dövrü;
Yaxşı: 14-16
Orta: 10-13
Aşağı: 10-dan az
Qırx və əlli yaş dövrü;
Yaxşı: 12-14
Orta: 8-11
Aşağı: 8-dən az
Altımış və yuxarı yaşlar:
Yaxşı: 5-8
Orta: 3-4
Aşağı: 3-dən az
Nə qədər hərəkətlisiniz? – 20-60 yaş dövründə olan insanlar üçün
Ayaqlarınızı çarpazlaşdıraraq yerə oturun, sonra əllərinizin və ya dizlərinizin köməyi olmadan ayağa qalxın. Əlinizi, qolunuzu, dizinizi, ayağınızın yan tərəfini yerə vurmadan ayağa qalxa bilsəniz, 10 bal alırsınız. Hər hansı bir dəstək istifadə edirsinizsə, hər dəfə bir xal çıxın. Əgər titrəyərək oturursunuzsa və ya dayanırsınızsa, yarım xal çıxarın. Ballarınızın orta hesabını öyrənmək üçün iki dəfə test edin.
Xallar:
Yaxşı: 8-10 bal
Orta: 4-7
Aşağı: 0-3
Nə qədər hərəkətlisiniz? – 70 yaşdan yuxarı insanlar üçün
Arxası düz olan stulda dik oturun, qolları sinə üzərində bükərək və ayaqları çiyin genişliyindən ayıraraq ayağa durun. Yenidən oturmazdan əvvəl ayaq üstə vəziyyətinə qayıdın, dizlər düz olmalıdır. 30 saniyə ərzində mümkün qədər çox durun və sonra oturma hərəkətlərini tamamlayın.
Xallar:
60-70 yaş: 21 (qadınlar), 24 (kişilər)
70-79: 17 (qadın), 19 (kişi)
80 yaş və yuxarı: 14 (qadınlar), 17 (kişilər)
Yuxarı bədən əzələləriniz nə qədər elastikdir?
Bunu ölçmək üçün parkda, oyun meydançasında, idman zalında və ya qapıda yerləşdirilən turnikdən istifadə edə bilərsiniz. Burada məqsəd turnikdə mümkün qədər uzun müddət qala bilməkdir.
Xallar:
İyirmi və otuz yaş dövrü;
Hədəf: 60-90 saniyə
Qırx və əlli yaş dövrü;
Hədəf: 20-45
Altmış və yetmiş yaş dövrü;
Hədəf: 10-15
Dözümlülüyünüz nə qədər yaxşıdır?
Qaçış lenti, qaçış yolu və ya GPS kimi ölçmə cihazından istifadə edərək 1,60 km qaçmaq və ya gəzmək üçün nə qədər vaxt lazım olduğunu ölçün.
Xallar:
İyirmi və otuz yaş;
Gəzmək
Yaxşı: 12-14 dəqiqə
Orta: 15-16
Aşağı: 16-dan çox
Qaçış
Yaxşı: 7-10 dəqiqə
Orta: 11-12
Aşağı: 12-dən çox
Qırx və əlli;
Gəzmək
Yaxşı: 14-15 dəqiqə
Orta: 16-17
Aşağı: 17-dən çox
Qaçış
Yaxşı: 8-11 dəqiqə
Orta: 12-13
Aşağı: 14-dən çox
Altımışdan yuxarı yaş dövrü
Gəzmək
Yaxşı: 15-16 dəqiqə
Orta: 17-18
Aşağı: 18-dən çox
Qaçış
Yaxşı: 10-13 dəqiqə
Orta: 14-15
Aşağı: 15-dən çox
Yaşınıza görə nə qədər aerobiksiniz?
Bunun üçün 5 kilometr qaçın və yaşınızı hesablayın. Qaçış yolunu 21 dəqiqə 30 saniyə qaçan 23 yaşlı kişinin, yolu 27 dəqiqə 57 saniyəyə qaçan 65 yaşlı kişi ilə eyni 60 faiz yaş göstəricisinə malikdir.
Fitnes yaşınız necədir?
Əgər yaşınıza görə yaxşı fiziki formadasınızsa, bu o deməkdir ki, bədəniniz bioloji olaraq doğum yaşınızdan daha gənc ola bilər. Norveç alimləri illərdir ki, fitnesin qocalma prosesinə və yaşa bağlı xəstəliklərə qarşı həssaslığımıza necə təsir etdiyini öyrənir və onların “Medicine and Science in Sport and Exercise” jurnalında dərc olunan nəticələri göstərir ki, bioloji yaşınız nə qədər aşağı olarsa infarkt, beyin kiçilməsi və depressiya riskini azaldır.