Ukraynanın Rusiyaya qarşı müharibəsində 31 min ukraynalı əsgər həlak olub. Hər bir ukraynalının itkisi Ukrayna üçün böyük faciədir.
Publika.az xəbər verir ki, bunu mətbuat konfransında Ukrayna Prezidenti Volodimir Zelenski söyləyib.
“Hər bir insanın ölümü bizim üçün böyük itkidir. Bu müharibədə 31 min Ukrayna hərbçisi həlak olub.”, - deyə Zelenski bildirib.
Prezident qeyd edib ki, Ukraynada itkin düşənlər var, lakin bu rəqəm hələlik açıqlanmayacaq.
“Keçmiş mübadilələr göstərdi ki, bir neçə itkin düşən oğlan sağ-salamat qayıdıb. İşğal olunmuş ərazilərdə nə qədər dinc sakini öldürdüyünü bilmirik", - deyə o vurğulayıb.