Əgər Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnını istefaya göndərmək mümkün oldusa, o zaman Ukrayna prezidenti Vladimir Zelenskini də əvəz etmək mümkündür.
Publika.az xəbər verir ki, bu fikirləri Kiyev meri Vitali Kliçkonun kiçik qardaşı, boksçu Vladimir Kliçko Almaniyanın “Focus” nəşrinə müsahibəsində deyib.
Kliçko Valeri Zalujnının hərbi sistemdən uzaqlaşdırılıb səfir təyin olunmasına təəssüfləndiyini bildirib. O, həmçinin əmin olduğunu bildirib ki, uzaqdan səsvermə texnologiyalarından istifadə etsək, ölkədə hətta münaqişəli vaxtlarda da seçkilər təşkil etmək mümkündür.
"Biz demokratik ölkəyik. Xalqa əmr verən hakimiyyət deyil, əksinədir", - Kliçko bildirib.
Cəmilə