Fransa Silahlı Qüvvələr Nazirliyi hərbi sənayedən iki min pilotsuz təyyarə sifariş edib, onlardan 100-ü yayda Ukraynaya göndəriləcək.
Publika.az xəbər verir ki, bu barədə hərbi idarənin rəisi Sebastyen Lekornu "X" sosial şəbəkəsində məlumat verib.
Fevralın 26-da Parisdə Ukraynaya dəstək konfransında Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Aİ ölkələrindən qoşunlar Ukraynaya gedə bilər.
Daha sonra Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu Makronun sözlərinə aydınlıq gətirərək bildirib ki, Parisdə keçirilən konfransda Avropa liderləri Kiyevə dəstəyi gücləndirmək üçün müxtəlif imkanları müzakirə ediblər.
"Heç nəyi istisna etmədiyimizi söyləmək zəiflik və ya eskalasiya deyil" nazir deyib.
Kremlin sözçüsü Dmitri Peskov xəbərdarlıq edib ki, Qərb qoşunlarının Ukraynaya göndərilməsi Rusiya ilə NATO arasında qaçılmaz birbaşa toqquşmaya gətirib çıxaracaq.
Hüseyn İbadlı