06.04.25 | Bakı 13.03° C |
23:29:49
Lent :

Bill Qeyts necə milyarder oldu? – Özü cavablandıracaq

06 iyn 2024 14:00
GÜNDƏM
ads

Milyarder, “Microsoft” şirkətinin həmtəsisçisi Bill Qeyts bu günlərə necə gəlməsi haqda kitab yazmağı qərarlaşdırıb.

Publika.az xəbər verir ki, Bill Qeyts artıq biznes, texnologiya, iqlim dəyişikliyi və qlobal sağlamlıq kimi mövzularda bir neçə kitab yazıb. Qeyts öz bloqunda elan etdiyi "Mənbə kodu" adlı yeni xatirə kitabında ilk olaraq özünün formalaşma illərinə üstünlük verəcək. "Uşaqlıqdan kolleci atıb “Microsoft”-a başlamaq qərarına necə gəldiyimə qədər bütün xırdalıqları qələmə alacam” deyə, Bill Qeyts bildirib.

Bill Qeytsin "iyirmi yaşından ictimaiyyətin diqqətində olmasına" baxmayaraq, əksər insanlar onun ilk illəri haqqında çox az şey bilir. Yeni kitab “Microsoft”-un dünyanın ən böyük şirkətlərindən birinə çevrilməsi və Qeytsin 128 milyard dollarının "demək olar ki, hamısını" ianə etmək qərarı da daxil olmaqla, həyatında sonrakı hər şeyin əsasını qoyan əlaqələri, dərsləri və təcrübələri araşdıracaq.

68 yaşlı Qeyts memuarı özünün "mənşə hekayəsi" adlandırıb.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur