Lozanna (1923) və Paris (1947) müqavilələrinə uyğun olaraq, Egeydəki hərbsizləşdirilməsi nəzərdə tutulan adalar Türkiyə və Yunanıstan arasında gərginliyi yenidən artırıb.
Publika.az xəbər verir ki, Yunanıstan müqavilələri pozaraq silahlandırdığı adalar da daxil olmaqla, Egeydə hərbi təlimlər keçirmək üçün dənizçilər üçün Navtex, aviatorlar üçün isə Notam elanı verib.
Türkiyə də öz Navtex və Notam açıqlamalarını verərək, adaların qeyri-hərbi statusa malik olduğunu bildirib. Sonra iki ölkənin xarici işlər nazirlikləri etiraz notaları təqdim ediblər.
Yunanıstan Xarici İşlər Nazirliyinə yaxın mənbələr Türkiyəyə Beynəlxalq Dəniz Təşkilatı (IMO) və Aİ Sərhəd Mühafizəsi Agentliyinə (FRONTEX) şikayət məktubları göndərildiyini iddia edib.
Yunanıstanın müdafiə naziri Nikos Dendias parlamentin müdafiə və xarici əlaqələr komissiyasındakı çıxışında "TCG Anadolu"-dan sonra ikinci milli təyyarə gəmisi üçün dizayn fəaliyyətlərinin başlamasına işarə edib: "Bu gəmi boğazda təntənəli keçid üçün tikiləcək? Türkiyə səs tonunu aşağı saldı. Böyük ölçüdə heç bir qanun pozuntusuna yol vermir. Lakin onların əsas baxışlarında heç nə dəyişməyib”.
Roza Şəfiyeva