28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Yeni "yumşaq güc" strategiyası: diplomatiyada "qida müharibəsi" necə aparılır?

05 fev 2024 14:00
GÜNDƏM
ads
Advertisement

Qlobal güclərdən tutmuş G-20-dən kənar ölkələrə qədər diplomatiya və turizmdə yeni “yumşaq güc” strategiyası müəyyən edilib.

Publika.az xəbər verir ki, ölkələr diplomatik hərəkətlərində və turizmin təşviqi proqramlarında öz qastronomiya mədəniyyətlərindən istifadə edirlər.

Həmin ölkələr beynəlxalq diplomatiya və turizm sahələrində qastronomiya məktəbləri yaradır, rəsmi aşpazlar yetişdirir və YUNESKO siyahılarına daxil olur.

“Hökumətlər qidadan "yumşaq güc" kimi necə istifadə edirlər” başlıqlı təhlil məqaləsində dünyada neçə xalqın qida mədəniyyətini beynəlxalq diplomatiyanın böyük bir hissəsinə çevirdiyi müzakirə olunub. Vurğulanıb ki, 2000-ci illərin əvvəllərində yüksəlməyə başlayan kulinariya diplomatiyası adlanan tendensiya hazırda milli diplomatiyaların rəsmi hissəsinə çevrilib.

Qastro-diplomatiya strategiyasını dünyada məşhurlaşdıran ölkə Tailanddır. Son 7 ildə dünyada Taiand restoranlarının sayı iki dəfə artıb və “pad Thai” adlı unikal yemək dünya brendinə çevrilib.

ABŞ-ın rəsmi aşpazları yemək mədəniyyətini təbliğ etmək üçün Xarici İşlər Nazirliyi tərəfindən ABŞ-ın xaricdəki səfirliklərinə tez-tez baş çəkirlər. Qastronomiyadan həm turizmdə, həm də mədəniyyət və diplomatiyada istifadə edən digər ölkələrə Sinqapur, Malayziya, Livan, İsrail, Kamboca, Çin və Yaponiya daxildir.

Dünya Qida Səyahətləri Assosiasiyasının məlumatına görə, dünya üzrə turistlərin 53 faizi getdikləri ölkəni seçərkən yemək mədəniyyətini birinci yerə qoyur.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur