Yeni il gecəsi Sankt-Peterburqun mərkəzi hissəsində üç minə yaxın xarici vətəndaş saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə “Fontanka” məlumat yayıb.
Miqrantlar polis bölmələrinə aparılıb. Məlum olub ki, saxlanılanların 600-dən çoxu miqrasiya qanunvericiliyinin müxtəlif pozuntuları ilə Rusiyada olub.
Onlara qarşı inzibati protokollar tərtib edilib, 100-dən çox şəxsin ölkədən çıxarıla biləcəyi bildirilir.
Yanvarın 1-də Sankt-Peterburq şəhərinin rayon məhkəmələri 31 protokola baxıb. Bildirilir ki, 27 nəfər miqrasiya qanunlarını pozmaqda təqsirli bilinib.