02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Türkiyədə məhkəmə binasına silahlı hücum: 2 ölü, 5 yaralı

06 fev 2024 10:00
GÜNDƏM
ads

Türkiyənin İstanbul şəhərinin Çağlayan rayon məhkəməsinin binasının girişinə hücum nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Publika.az “Hürriyet”-ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib. Onun sözlərinə görə, hadisə zamanı 3-ü polis olmaqla 5 nəfər yaralanıb.

Məlumata görə, ölənlər hücüm edən şəxslərdir. Hadisə yerinə çoxlu sayda polis və tibb briqadası göndərilib.

“Bu gün saat 11.46-da İstanbul Çağlayan Ədliyyəsinin C qapısı qarşısındakı nəzarət-buraxılış məntəqəsinə hücum cəhdi edilib. Biri qadın, biri kişi olmaqla, 2 nəfər hücum edən şəxs atışmada öldürülüb. Hadisə nəticəsində 3-ü polis olmaqla 5 nəfər yaralanıb”, - nazir bildirib.

Ədliyyə binasına giriş-çıxışlar bağlanıb. İstanbul baş prokuroru Şaban Yılmaz və baş prokuror müavinləri hadisə yerinə gəlib.

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç hadisəyə münasibət bildirib: “İstanbul Çağlayan Məhkəməsi qarşısındakı təhlükəsizlik məntəqəsinə silahlı hücumu şiddətlə qınayıram. Xain hücumun qarşısını alan və iki şübhəlini zərərsizləşdirən qəhrəman polislərimizə təşəkkür edirəm. Hücumda yaralanan polis məmurlarımıza və vətəndaşlarımıza şəfalar diləyirəm. Hadisə ilə bağlı İstanbul Respublika Baş Prokurorluğumuz tərəfindən başladılan məhkəmə istintaqı bir çox aspektlərdə davam edir”.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur