ABŞ-ın növbəti prezidenti Donald Tramp qızı İvanka Trampın ərinin atası Çarlz Kuşneri ölkənin Fransadakı səfiri postuna namizəd göstərib.
QÜTB.AZ xəbər verir ki, siyasətçi bu barəsə özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“O, (Kuşner) görkəmli biznes lideri, xeyriyyəçi və vasitəşidir. Ölkəmizi və onun maraqlarını təmsil edən güclü müdafiəçi olacaq", - deyə siyasətçi bildirib.
O qeyd edib ki, Kuşner özəl daşınmaz əmlak şirkəti "Kushner Companies"i qurub və ona rəhbərlik edir və "Ernst & Young" onu Nyu Cersidə ilin sahibkarı adlandırıb.
Çarlz Kuşnerin indi 70 yaşı var. 2005-ci ildə o, vergidən yayındığına görə iki il həbs cəzası alıb. İlk müddətinin sonunda Tramp Kuşneri keçmiş cinayətlərə görə əfv edib.
Hüseyn İbadlı