ŞƏHİD HÜSEYN TAĞIYEV - 44 GÜNLÜK VƏTƏN MÜHARƏBƏSİNİN QƏHRƏMANI
İsrail ordusu bu ərazini nəzarətə götürdü: Onlarla tunel aşkarlandı
Bəylərin bir çoxu gender bərabərliyinə niyə aqressiv yanaşır?
"Qadın hüquqlarının kişilərin öhdəliklərini əlindən alacağı, artıq hər şeyə xanımların sahib olacağı ehtimalını düşünərək daha aqresiv münasibət göstərirlər. Təbii ki, bu siyahıya bütün bəyləri aid edə bilmərik".
Bu sözləri Qütb.az-a açıqlamasında psixoloq Gövhər Məmmədova deyib.
O bildirib ki, bütün dünyada qadın hüquqlarının pozulmasından, cəmiyyətdə sıxışdırılmasından, müdafiəsindən çox danışılır. Gender bərabərliyini xatırlasaq qadın və kişi eyni hüquqa sahibdir, lakin bir çox hallarda bu sadəcə qanun olaraq qüvvədə qalır. Gender sözü eşidildikdə ancaq xanımların hüquqları müzakirə edilir, nəticədə bəylər də öz növbəsində buna etiraz edir və əks fikirlər formalaşdırmağa başlayırlar. Növbə qadın hüquqlarının müdafiəsinə gəldikdə kişilər öncədən formalaşdırdıqları fikirlərə görə səssiz qalmağı yaxud bəzi hallarda etiraz etməyi seçirlər".
Psixoloq onu da əlavə edib ki, son zamanlar ortaya çıxan bir məsələ də kişilərin öz hüquqlarını qadınlara əzdirməkdən, iş dünyasında hansısa qadınla əvəz edilmək, ailə həyatında yetəri qədər güclü ola bilməməkdən qorxu duymalarıdır:
"Axı kişi doğulduğu gündən etibarən ona ancaq hərşeyi idarə etməli olduğu öyrədilir, çiyinlərində daim ağırlıq daşımağa alışırlar. Qadın hüquqlarının onların öhdəliklərini əlindən alacağı ehtimallarını düşünərək daha aqresiv münasibət göstərirlər. Təbii ki, bu siyahıya bütün kişiləri aid edə bilmərik. Xanımların haqlarının qorunmasında şücaət göstərən bəylər heç də az deyil. Bəs nədir onlar arasındakı fərq? Cəmiyyətin tələbləri, doğulduğu gündən üzərinə yüklənən vəzifələr, özünə olan güvən əksikliyi... "
ZƏRİNTAC MAYİSQIZI