Çinin “Chang'e 6” missiyası çərçivəsində Ayın qaranlıq tərəfindən toplanan ilk nümunələr Yerə gətirilib.
Publika.az bildirir ki, bu barədə "Reuters" xəbər agentliyindən məlumat verilib.
Məlumata görə, “Chang'e 6” Ayın Yerdən görünməyən tərəfdən toplanmış nümunələrlə Daxili Monqolustan bölgəsində təyin olunmuş nöqtəyə uğurla enib.
Ayın özü və Yer ətrafında fırlanma sürəti bərabər olduğundan, Ayın Yerə həmişə eyni tərəfi baxır. Ayın Yerdən görünməyən uzaq tərəfi "qaranlıq tərəfi" adlanır.
Qeyd edək ki, Çin yaxın illərdə Ayda kəşfiyyat fəaliyyətlərini yeni missiyalarla davam etdirməyi planlaşdırır. Bu kontekstdə 2030-cu ildən başlayaraq Aya insanlı ekspedisiyalar təşkil etməyi və Beynəlxalq Ay Tədqiqat Bazasını yaratmaqla gələcək kəşfiyyat fəaliyyətləri üçün zəmin yaratmağı hədəfləyir.
Roza Şəfiyeva