10.10.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Pakistan Taliban liderini öldürüb?

10 okt 2025 01:00
DÜNYA
ads

“Təhrik-e Taliban Pakistan” (TTP) qruplaşmasının lideri Nur Vəli Mehsud Əfqanıstanın paytaxtı Kabilə endirilən hava zərbələri nəticəsində zərərsizləşdirilib.

Qutb.az xəbər verir ki, bu barədə Pakistan mediası və xarici mənbələr yazıb.

Məlumata görə, Pakistan Hərbi Hava Qüvvələrinin oktyabrın 9-da axşam saatlarında Kabildə həyata keçirdiyi zərbə zamanı Abdul Haq meydanı yaxınlığında yerləşən “Land Cruiser” markalı avtomobil vurulub. Zərbədən sonra avtomobil alışıb və hadisə yerinin üzərində pilotsuz uçuş aparatı müşahidə olunub.

Lakin TTP-yə yaxın mənbələr yayılan məlumatı təkzib edib, Nur Vəli Mehsudun səsini əks etdirdiyi iddia olunan audioyazı paylaşıblar. Həmin səsdə Mehsud öldürülməsi barədə xəbərləri “propaqanda” adlandırır.

Əfqanıstan “Taliban” hərəkatının nümayəndəsi Zabihulla Mücahid partlayış faktını təsdiqləyib, lakin hadisənin təfərrüatları barədə açıqlama verməyib.

Pakistan müdafiə naziri Xavaca Asif Milli Assambleyada çıxışı zamanı bildirib ki, İslamabadın səbr kasası daşmaq üzrədir: “Kim terrorçuları gizlədirsə, cavab verməli olacaq. Əfqanıstan hakimiyyəti anlamalıdır ki, onların ərazisindən gələn terrorizm artıq qəbuledilməzdir.”

Nazir əlavə edib ki, gələn həftə Əfqanıstana rəsmi nümayəndə heyəti göndərilməsi planlaşdırılır və federal, həmçinin regional hakimiyyət orqanları bu məsələdə ordu ilə birlikdə hərəkət etməlidirlər.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur