Sabah hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçiriləcək.
Publika.az xəbər verir ki, vacib iclasın səbəbi növbədənkənar parlament seçkiləridir.
Partiyanın qərargahında keçiriləcək iclasda YAP-ın bu seçkilərə hansı namizədlərlə gedəcəyi müəyyənləşəcək.
Hakim partiyanın sabiq deputatlarının bu seçkilərdə iştirak edib-etməyəcəyi də maraqla gözlənilir.