Niderlandın Loxem şəhəri yaxınlığında tikintisi davam edən körpünün uçması nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.
Publika.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları "X" sosial şəbəkəsində məlumat yayıb.
"Körpünün tikintisi zamanı insident baş verib", - məlumatda qeyd edilib.
Bildirilib ki, hadisə ilə bağlı araşdırmalar aparılır.