"Ölkə özünü hər vasitə ilə və bütün cəbhələrdə müdafiə edəcək".
Publika.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
O, videomüraciətində bildirib ki, İsrailə hücum edən hər kəs təcavüzlərinin çox yüksək qiymətini ödəyəcək.
Xatırladaq ki, iyulun 19-da PUA-nın Amerika səfirliyi yaxınlığında qəzaya uğraması nəticəsində 50 yaşlı israilli ölüb. Husilər hücumu yeni drondan istifadə edərək həyata keçirdiklərini bildiriblər.
Buna cavab olaraq, İsrail qırıcıları iyulun 20-də Yəmənin Husilərin nəzarətində olan Hudeyda limanına hücum edib.
Hüseyn İbadlı