Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçiriləcək.
Publika.az xəbər verir ki, iclasda hakim partiyanın növbədənkənar parlament seçkilərində namizədləri müəyyən ediləcək.
Partiya üzvləri artıq partiyanın qərargahına toplanır.
İclasın bir azdan başlayacağı gözlənilir.
***
Sabah Yeni Azərbaycan Partiyasının (YAP) İdarə heyətinin iclası keçiriləcək.
Publika.az xəbər verir ki, iclasda partiyanın növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin adları açıqlanacaq.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri cari ildə sentyabrın 1-də keçiriləcək.