29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Dilin rəngi bu xəstəliklərdən xəbər verir- FOTO

19 yan 2024 11:00
GÜNDƏM
ads
Advertisement

Dildəki ağ örtüyün xüsusiyyətləri ilə mədə-bağırsaq traktının problemləri müəyyən edilə bilər.

Publika.az xəbər verir ki, bu barədə "NEWS.ru" saytına terapevt Zarema Ten məlumat verib. Onun sözlərinə görə, onikibarmaq bağırsaq xorası dildə qalın ağ ərpin yaranmasına səbəb olur. Mədə xəstəliklərində isə dildə ağımtıl-boz rəngli bir örtük meydana gəlir, qaraciyər problemi varsa, dilin üstündəki ərpin rəngi açıq sarıdan qəhvəyi rəngə qədər dəyişir. Bundan əlavə, yemək borusu, mədə və onikibarmaq bağırsağın fəaliyyəti pozulubsa, xəstələr ağızda turş dad hiss edirlər. Həmçinin, mədə-bağırsaq traktının xəstəliklərində dil şişir və üzərində diş izləri aydın görünür.

"Dildə sarımtıl ərpin olması ilə öd yollarında lokallaşdırılmış parazitar invaziya üçün xarakterikdir. Adətən buna lyamblioz diaqnozu qoyulur. Və mədəaltı vəzi təsirləndikdə örtük daha sıx, sarımtıl-ağ rəngdə olur və onu diş fırçası ilə çıxarmaq çətinləşir", - terapevt izah edib və vurğulayıb ki, təmizlənmiş ərp hissəsində həmişə narahatlıq hissi olur.

Mütəxəssis sonda qeyd edib ki, hər gün dişlərimizi fırçaladığımız kimi, dil təmizləyicilərindən də istifadə etməliyik.

Satın alın Stainless Steel Tongue Scraper Tongue Cleaner Tongue Tongue  Scraping Brush Remove Halitosis Breath | Joom

Aytən


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur