13.09.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Xocalının Daşbulaq kəndinə ilk köç - FOTOLAR

13 sen 2025 21:00
GÜNDƏM
ads

Qarabağa böyük qayıdış prosesi davam edir. Sentyabrın 13-də Xocalı rayonunun Daşbulaq kəndinə yola salınan ilk köç mənzil başına çatıb.

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qutb.az-a verilən xəbərə görə, 67 nəfərdən ibarət 13 ailəyə müasir tələblərə cavab verən fərdi evlərin açarları təqdim olunub.

Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, sakinlərə kənddə infrastruktur – içməli su, elektrik, qaz xətləri, yol və digər zəruri sosial obyektlərin artıq istifadəyə verildiyini deyib. Daşbulağa qayıdan sakinlər də onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Beləliklə, Xocalının Daşbulaq kəndinə ilk köçün reallaşması Böyük Qayıdış proqramının daha bir uğurlu mərhələsi kimi tarixə düşdü.

 

***

16:21

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.

Sentyabrın 13-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Ağdamdan Xocalının Daşbulaq kəndinə yola salınıb.

Qutb.az xəbər verir ki, ilk mərhələdə Daşbulaq kəndinə 13 ailə - 67 nəfər köçürülür. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

1461253

1461254

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
155 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur