İrana məxsus yük maşını Ermənistanın Ararat rayonunun Tiqranaşen kəndi yaxınlığındakı dərəyə uçub.
Publika.az xəbər verir ki, bu barədə “Shamshyan.com” cinayət xronikası saytı məlumat yayıb.
Hadisə iyulun 22-də səhər saatlarında baş verib.
İrəvan istiqamətində hərəkətdə olan İran nömrəli yük maşını dəmir hasara çırpılaraq 170 metr dərinliyi olan dərəyə yuvarlanıb.
Xilasedicilər xəsarət almış sürücüyə ilkin tibbi yardım göstərib və xəstəxanaya göndəriblər.
Onun şəxsiyyəti müəyyənləşdirilir, hadisənin təfərrüatları dəqiqləşdirilir.
Tural