1992-1993-cü illərdə Qarabağın işğalında iştirak etmiş şəxslərin adına ucaldılan abidələr sökülür.
Publika.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilir ki, Xankəndi daxil olmaqla bütün Qarabağ ərazisində “abidələr” sökülür.
Məlumata görə, onlardan biri də I Qarabağ müharibəsi zamanı Şuşanın işğalı və Xocalıya hücumda aktiv iştirak edən “Bekor” ləqəbli erməni terrorçu Aşot Qulyandır.
Qeyd edək ki, A.Qulyan 1959-cu ildə Bakıda anadan olub, daha sonra Xankəndiyə köçüb. Qarabağın işğalı zamanı isə erməni silahlı dəstələrinə qatılıb.