02.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Azərbaycanda ərə gedən məşhur: "Mahnı almağa gəlmişdim, evləndim"

09 fev 2024 11:00
GÜNDƏM
ads

Müğənni Öykü Gürman Azərbaycanda nikaha daxil olmasının səbəbini açıqlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ötən gün Nişantaşında görüntülənən Gürman evliliklə bağlı sualları cavablandırıb. Sənətçi 6 ildir sevgili olduğu Fatih İçmeli ilə bu yaxınlarda Bakıda baş tutan toyundan danışıb.

"Niyə Azərbaycanda evləndiniz" sualına müğənni belə cavab verib: "Yeni "Ey halimi soranım" adlı mahnımın bəstəkarı Tural Qasımov Bakıda yaşayır. Mahnını almağa getmişdim, həm də orada konsertim var idi. Biz konsulluğa getmişkən üst-üstə gəldi, evləndik. Mən Bakını sevirəm. Vətən sevgim böyükdür. Bir millət, iki dövlət. Atam tərəfi də Azərbaycandandır. Bizim üçün gözəl toy etdilər. Xalq mahnıları və yeməkləri əfsanə idi.

Evliliyə öyrəşmişəm. Amma evlənməmişdən əvvəl daha tez-tez görüşürdük. O da çox çalışır. İşlərin çoxluğundan ancaq evdə görüşə bilirik".

Qeyd edək ki, işlərinin çoxluğu səbəbindən bir neçə dəfə toylarını təxirə salmalı olan Öykü Gürman və Fatih İçmeli ötən ilin oktyabrında Azərbaycanın paytaxtı Bakıda toy ediblər.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur