Əlcəzairli boksçu İman Xelif olimpiya medalını bütün ərəb ölkələrinə həsr edib.
QÜTB.AZ xəbər verir ki, idmançı 66 kq çəki dərəcəsində yarımfinala yüksəldiyi üçün ən azı bürünc medalı təmin edib.
“Bu medal çoxillik zəhmətin bəhrəsidir. Bu medal ölkə üçün, bütün ərəb ölkələri üçündür. Yaşasın Əlcəzair! – “Le Figaro” Xelifdən sitat gətirib.
Xatırladaq ki, İman 2023-cü ildə keçirilən dünya çempionatında gender testindən keçə bilməsə də, Parisdə keçirilən Oyunlara buraxılıb. O, 1/8 finalda rəqibinin həddən artıq güclü zərbələri səbəbindən mübarizəni davam etdirməkdən imtina edən italiyalı Anjela Karini, 1/4 finalda isə yekdil qərarla macar Anna Hamori üzərində qələbə qazanıb.