Xəzər dənizinin şimal-şərq hissəsində suyun səviyyəsi 119 sm qalxıb.
Publika.az xəbər verir ki, bu barədə Qazaxıstanın Su Resursları və İrriqasiya Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, Xəzər dənizinin şimal-şərq hissəsində suyun səviyyəsinin artmasının əsas səbəbi aprel-may aylarında Ural çayı boyunca sel sularının güclü axınıdır.
Ümumilikdə, 7,4 milyard kubmetrə yaxın sel suları Xəzər dənizinə Ural çayı ilə daxil olub.