"Rusiya nüvə tərksilahı və nüvə silahının yayılmaması məsələləri də daxil olmaqla, bütün təhlükəsizlik mövzuları üzrə danışıqlara hazırdır".
Publika.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya” telekanalına açıqlamasında deyib.
“Prezident bir müddət öncə hazırkı şəraitdə bütün təhlükəsizlik mövzularının müzakirəsi ilə danışıqların mümkünlüyündən danışıb”, - deyə Peskov vurğulayıb.