Boliviya - Çili sərhədi yaxınlığında avtobus və yük maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.
Publika.az xəbər verir ki, bu barədə “El Deber” qəzeti məlumat yayıb.
Hadisə nəticəsində 16 nəfər ölüb, 14 nəfər isə xəsarət alıb. Avtobus Çili istiqamətində olub. Bildirilir ki, xəsarət alanların hamısı xəstəxanaya aparılıb.