Krasnodar vilayətinin Ust-Labinsk məhkəməsi əvvəllər hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinən Şakro Molodoy kimi tanınan kriminal avtoritet Zaxari Kalaşovu şərti azadlığa buraxıb.
Publika.az xəbər verir ki, bu barədə TASS-a məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
“Məhkəmə Kalaşovun şərti azadlığa buraxılması barədə vəsatətini təmin edib. Bu vəsatət üzrə məhkəmə iclası bu gün bağlı qapılar arxasında keçirilib”, - məlumatda bildirilib.
Qeyd edək ki, Şakro Molodoy Türkiyədə qətlə yetirilən azərbaycanlı qanuni oğru Nadir Səlifovun (Lotu Quli) əsas rəqiblərindən biri idi.