29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Dünyanın ən böyük buz sahəsi əriyir

27 fev 2024 04:00
GÜNDƏM
ads

Antarktidada dəniz buzları ardıcıl üçüncü ildir ki, ən aşağı səviyyəyə enib. Qitə ətrafında üzən buzların sahəsinin 2 milyon kvadrat kilometrdən aşağı düşdüyü müəyyən edilib.

Publika.az xəbər verir ki, сənub yarımkürəsində yerləşən və Cənub qütbünü ehtiva edən Antarktika qitəsi qlobal istiləşməyə ən çox məruz qalan ərazidir. Qlobal istiləşmə nəticəsində Antarktidanın buzlaqları əriyir və dəniz səviyyəsini yüksəldir. Yeni araşdırmalara görə, Antarktidada dəniz buzlaqları ardıcıl üçüncü ildir ki, ən aşağı səviyyəyə düşüb və bu da “ani kritik keçid”ə işarə edir.

Antarktidada dəniz buzunun peyklə ölçülməsinə 1979-cu ildə başlanılıb. Ərimə həddi 2022-ci ilə qədər nəzərə çarpacaq dərəcədə pozulmamışdı. Lakin son 3 ildə bu həddi keçib və buz kütləsi ən aşağı səviyyəyə enib. ABŞ Milli Qar və Buz Məlumat Mərkəzinin yeni məlumatları təsdiqləyir ki, son üç il qitə ətrafında üzən dəniz buzunun ərimə miqdarı ən aşağı göstərici və rekord həddədir.

Qeyd edək ki, Antarktidanın dəniz buzları hər fevral ayında qitənin yay mövsümü səbəbindən əriyirdi, lakin bu qədər ərimə müşahidə olunmamışdı.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur