Hər zaman özünəməsus səhnə üslubu ilə diqqət çəkən Xalq artisti Aygün Kazımova geyimi ilə bir daha gündəm yaradıb.
Publika.az xəbər verir ki, ötən gün məclislərin birində iştirak edən ifaçı səhnəyə bu ilin dəbi olan kovboy stilində çıxıb. O, qeyri-simmetrik cins libasını uzun qəhvəyi çəkmələr və şlyapa ilə tamamlayıb. Qızılı aksessuarlar isə obrazın son ştrixləri olub.
Bu geyimdə kamera qarşısına keçən ifaçı gözqamaşdırıcı obrazını nümayiş etdirib.