Niderlandda İslam əleyhdarı və ifrat sağçı Azadlıq Partiyasının (PVV) lideri Qert Vilders baş nazir postundan imtina etdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, Vilders X sosial media hesabında sağ mərkəzçi və ifrat sağçı partiyaların koalisiya qurmasına mane olmamaq üçün baş nazirlikdən imtina etdiyini iddia edib.
“Mən daha çox hollandiyalının dəstəyi ilə baş nazir olacağam, çünki milyonlarla hollandiyalının səsi eşidiləcək” deyən Vilders, növbəti seçkilərdə yenidən namizəd olacağı mesajını verib.
Onun bu qərarından sonra ölkənin yeni baş nazirinin kim ola biləcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.
Roza