BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında Baş nazir Viktor Orban Macarıstanı təmsil edəcək və bir ildən az müddətdə üçüncü dəfə Azərbaycana səfər edəcək.
QÜTB.AZ xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma ölkəsinin Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.
"COP29 böyük çağırışdır. Azərbaycan bizim hamımızın xeyrinə çox təsiredici bir iş görür. Macarıstan Azərbaycanın Sədrliyinin məqsədlərinə tam dəstək verir və biz əminik ki, ölkə tədbirə uğurla ev sahibliyi edəcək", - səfir qeyd edib.