15.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Daha bir HƏBS CƏHDİ: polis prezident iqamətgahının ərazisinə daxil oldu

15 yan 2025 07:00
DÜNYA
ads
Advertisement

Cənubi Koreyanın paytaxtı Seulda dövlət antikorrupsiya agentliyinin müstəntiqləri və polis dövlət başçısı Yun Sok Yolun iqamətgahının ərazisinə nərdivanlardan istifadə edərək daxil ola bilib.

QÜTB.AZ xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

“Gələn polis məmurları əsas kordonu yarmaq üçün nərdivanlardan istifadə edib, o cümlədən evin qabağını bağlayan təhlükəsizlik səddini aşıb, sonra isə evin girişinə tərəf yönəliblər”, - agentlik bildirib.

Müstəntiqlər Cənubi Koreya Prezidentini həbs etmək üçün ilk cəhdini yanvarın 3-də ediblər. Bunun fonunda dövlət başçısını həbs etməyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ilə hərbçilər arasında toqquşma baş verib. Həmin gün təhlükəsizlik məqsədilə həbs qərarının icrasının dayandırılması qərara alınıb.

Dekabrın 31-də Cənubi Koreyada məhkəmənin fəaliyyəti dayandırılmış prezident Yoon Seok-Yeolun həbsinə order verdiyi bildirilir. Yun Sok Yol hərbi vəziyyətlə bağlı üç dəfə dindirilməyə gəlmədiyi üçün müstəntiqlər order üçün müraciət ediblər. Bu, Cənubi Koreya tarixində ilk dəfədir ki, bir prezidentə qarşı həbs qərarı verilib.

Dekabrın 27-də Cənubi Koreya parlamentinin üzvləri ona impiçment elan ediblər.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur