23.06.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

Qərb Universitetinin məktəbi şagirdlərə attestat vermir? - Rəsmi CAVAB

23 iyn 2025 17:00
DÜNYA
ads

Qərb Universiteti Tam Orta Məktəbinin 11-ci sinfi bitirmiş bəzi şagirdlərə attestat verməməsi barədə iddialar yayılıb.  

Qutb.az xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov sosial şəbəkə hesabında paylaşım edib. 

O bildirib ki, şagirdlərə 2 il ərzində ödəniş etmədikləri üçün bu addımın atıldığı deyilib. Amma valideynlər ödənişin nağd qaydada məktəbin rəsmi şəxsinə verildiyini qeyd ediblər: “Necə ola bilər ki, özəl məktəbdə şagird ödəniş etmədən 2 il təhsil alsın, qidalansın?!”  

Məsələ ilə bağlı məktəbdən bildirilib ki, qeyd edilən şagirdin - Adilzadə Emil Eldar oğlunun təhsilhaqqı ödənilmədiyi üçün artıq məktəb tərəfindən məhkəməyə müraciət olunub və yaxın günlərdə işə məhkəmədə baxılacaq.

"Eyni zamanda bildiririk ki, qanunvericiliyə uyğun olaraq təhsilhaqqı ancaq nağdsız qaydada qəbul olunur və qeyd olunan şagirdin valideynləri bu haqda məlumatlıdırlar. Belə ki, əvvəlki illərin təhsil haqları həmin şagirdin valideyinləri tərəfindən məktəbin bank hesabına ödənilib”.

Qeyd edək ki, sözügedən məktəb Qərb Universitetinin nəzdində fəaliyyət göstərir. 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur